Lənkəran Dövlət Universitetində (LDU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa, digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.

 

Seminarı giriş sözü ilə açan LDU-nun sosial məsələlər üzrə prorektoru,  filologiya elmləri doktoru Kamran Kazımov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan və proqrama uyğun olaraq həyata keçirilən tədbirlərdən danışıb.

 

Təbiət fakültəsinin dekanı, dosent Ramiz Şəmmədov ölkədə narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa və digər zərərli vərdişlərə qarşı görülən mübarizə  və Lənkəran Dövlət Universitetində bu istiqamətdə maarifləndirici tədbirlər barədə geniş məruzə edib. Məruzədə narkomaniya bütün əsrlərin ən dəhşətli bəlası adlandırılıb, cəmiyyət üçün böyük təhlükəsindən söz açılıb, ağır nəticələri faktlar və slaydlar əsasında şərh edilib.

 

Kimya və fizika kafedrasının müdiri, dosent İsa Hüseynov, Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisaslaşmasının I tədris ili magistrantı  Naibəxanım Məlikli, Riyaziyyat müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Nərmin Ələsgərova da mövzu ətrafında çıxış ediblər.