Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Zəfər bağı salınıb.

 

Belə ki, paytaxtdakı 8 ümumi təhsil müəssisəsinin (10, 54, 71,  80, 207, 230, 252 və 313  nömrəli) hər birində simvolik olaraq 44 ağac əkilib.

 

Vətən şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirdə məktəblərin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirlərdə iştirak edənlər Azərbaycan Ordusunun Zəfər yürüşündən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Bildiriblər ki, burda əkilən kiçik fidanlar Vətən şəhidlərinin ruhuna olan sədaqət nümunəsi kimi xatırlanacaq.

 

Mərasimlərdə şagirdlər Vətəndən, şanlı Zəfərimizdən bəhs edən şeirlər söyləyib, “Qarabağ Azərbaycandır!” şüarı və hər rayon azad olunan zaman Ali Baş Komandanın dediyi sitatları səsləndiriblər.

+

Qeyd edək ki, paytaxt məktəblərində təşkil olunan ağacəkmə aksiyası BŞTİ tərəfindən keçirilən “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində  təşkil olunub.