Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbəri Adil Həsənov,  MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

 

Tədbirdə MDU rektorunun müşaviri Ramin Məmmədov icbari tibbi sığorta haqqında maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

 

Sonra filialın rəhbəri A.Həsənov tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi,  icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.