Elm və təhsil naziri Emin Əmrullayev 25 noyabr 2022-ci il tarixində Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan vətəndaşlarla görüş keçirəcək. Qəbulda həmçinin qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 17 noyabr 2022-ci il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.