Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə müvafiq qərarına əsasən 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.  
  

Bu səbəbdən beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir. 
 

Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 noyabr iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi, yəni noyabrın 7-si iş günü, 8-9 noyabr tarixləri isə qeyri-iş günləri hesab edilir. Beləliklə,  altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 və 7 noyabr iş günləridir.