Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klass keçirilib.

 

ADNSU-nun Karyera və Təcrübə Mərkəzinin meneceri Aytac Məlikovanın təşkilatçılığı ilə keçirilən görüşdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova, layihə rəhbəri Xəyal Səmədxan ayrı-ayrı mövzularda - müasir proqramlar, karyera qurmaq üçün bilməli olduğumuz vacib məqamlar, CV hazırlanmasi qaydası və müasir dövrün tələblərinə uyğun digər istiqamətlərdə çıxışlar ediblər.

 

Sual-cavabla bitən master-klassda ən aktiv iki tələbə Excel proqramı üzrə 50 faiz endirimlə kurs qazanıb.