Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, tələbələr üçün "Marketinq" mövzusunda növbəti təlim keçirilib.

 

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə əmək bazarının tələblərinə uyğun keçirilən təlim və seminarların əhəmiyyəti barədə məlumat verib. O, tələbələri sektorun fəaliyyət istiqamətləri ilə tanış edib, marketinqin karyera və əmək münasibətlərində önəmli rola malik olduğunu bildirib.

 

Şirkətin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov isə marketinqin tarixi, mövcud vəziyyəti haqqında iştirakçıları məlumatlandırıb. Əmək bazarında bu sahəyə olan tələbin getdikcə daha da artdığını qeyd edib.

 

Sonda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.