Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində təhsil alan əcnəbi tələbələrin ikinci Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.

 

Mərasimdə əcnəbi tələbələrlə yanaşı, fakültənin professor-müəllim heyəti və digər tələbələr də iştirak ediblər.

 

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarlarının üzərinə gül dəstələri düzülüb.

 

BMU-nun müəllimləri xarici tələbələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən  müharibəsində qazandığı tarixə qələbə, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın qəhrəmanlıqları barədə məlumatlandırıb.