Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan bir qrup tələbə Şəmkir “Vitamin VIO” MMC-yə səfər edib.
Burada salınmış intensiv meyvə bağlarına, əkin sahələrinə baş çəkilib, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.