“Gəncliyə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” layihəsi çərçivəsində Zərdab rayon Gənclər Mərkəzində “Gənc qızların peşə-sahibkarlıq Forumu”nu keçirib. Forumda 50 gənc məktəbli qız iştirak edib.
Forumun panel görüşündə Milli Məclisin deputatı Jalə Əliyeva, Zərdab rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova və Yevlax KOBİM-in direktoru Lalə Məmmədova iştirak edib.
Layihə rəhbəri Vəfa Xəlillinin moderatorluğu ilə məhsuldar müzakirələr aparılıb. Forum gənclərlə işləyən qurumların infosessiyası ilə davam etdirilib.
Qeyd edək ki, layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə kömək etmək, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə yardımçı olmaq, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.
Layihə 2 ay olmaqla, Zərdab və Ucar rayonlarında həyata keçirilib. Layihə çərçivəsində layihənin təqdimatı, Zərdab rayonunun 6 məktəbində və Ucar rayonunda maarifləndirmə görüşləri təşkil olunub.