Bakı Gənclər Mərkəzinin və Kibertəhlükəsizlik platformasının birgə təşəbbüsü ilə ilk genişmiqyaslı “HackBaku” milli kibertəhlükəsizlik yarışması keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Beyrək Əsgərzadə yarışmanın “CTF” istiqaməti üzrə qalib olub. “CTF” yarış proqramının professional infrastrukturu “Gais Cyber Security” kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri və onlara rəhbərlik edən Türkiyənin tanınmış mühəndisi Numan Turle tərəfindən qurulub.
Qeyd edək ki, "HackBaku" yarışması 3 mərhələdə keçirilib. Yarışda ölkəmizin ən güclü hakerləri öz bacarıqlarını sınayıblar. Yarışın əsas məqsədi kibertəhlükəsizliyin inkişafına və bu sahədə olan gənclərə dəstək verməkdir.
Bu barədə BDU-dan bildirilib.