Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistana rəsmi səfərləri çərçivəsində 50-dən çox xarici ölkənin 100-ə yaxın təşkilatının təmsilçilərinin də qatıldığı "InnoWeek.uz-2022" adlı beynəlxalq sərginin davamı olaraq keçirilən  “Beynəlxalq Elm və İnnovasiyalar Forumu”na fəxri qonaq qismində qatılıblar.

 

Tədbirdə  iştirak edən Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov MEK nümayəndələrini onların dəvətini qəbul etdikləri və beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil etdikləri üçün sertifikatla mükafatlandırıb.

 

Qeyd edək ki, sözügedən beynəlxalq forumda qloballaşma, rəqəmsal elm şəraitində innovativ fəaliyyətin təşkili və dəstəklənməsi üzrə dünya ölkələri kitabxanalarının təcrübəsi, kitab mübadiləsi, oxu mədəniyyəti kimi məsələlər müzakirəyə çıxarılıb.