Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 17 Oktyabr-Füzulinin işğaldan azad olunması ilə əlaqədar Ağcabədi şəhər Ü.Hacıbəyov adına 7 nömrəli tam orta məktəbin Gənc Heydərçilərinin iştirakı ilə tədbir keçirilib.

 

Qarabağ RTİ-dən verilən məlumata görə, tədbir Füzuli şəhərinin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Mərkəzin direktoru bildirib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

 

Nəhayət, Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

 

Tədbirdə Gənc Heydərçilərlə sual-cavabda şagirdlər xüsusi fəallıq göstərib.

 

Sonda Mərkəzin foyesində sərgilənən “Qələbəmizin ruhu naminə” adlı sərgiyə baxış keçirilib. 

 

Şakir CƏFƏROV