Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə bağlı görüş keçirilib.
DAAD-ın Tbilisi Regional Ofisinin əməkdaşı Sevər Qarayeva tələbələrlə görüşərək DAAD təqaüd proqramı haqqında məlumat verib. Görüşdə Azərbaycan unversitetlərinin qeyd olunan təqaüd proqramına müraciət qaydalarından bəhs edilib, tələbələrin sualları cavablandırılıb.
Xatırladaq ki, 2021-2022-ci illər üçün nəzərdə tutulan proqramın qaliblərindən 7 nəfəri BANM-in məzunu olub.