Bakı Dövlət Universiteti (BDU) könüllülərinin və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin VI sinif şagirdləri arasında Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
Oyun 6 mövzu və hər mövzu üzrə 5 sual olmaqla təşkil edilib.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən oyunda 3 komanda yarışıb. Oyunun qalibi “Qarabağ" komandası olub.
Yarışın sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.