Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Litvanın Vytautas Magnus Universiteti arasında onlayn görüş keçirilib.
Görüşün məqsədi kənd təsərrüfatı sahəsində mütəxəssislərin hazırlanması, yay məktəblərində iştirak, qarşılıqlı elmi-tədqiqat işlərinin görülməsi və işgüzar əlaqələrin qurulması baxımından mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Çıxış edən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov görüş iştirakçılarına Azərbaycanın kənd təsərrüfatı potensialı barədə məlumat verib. Bildirib ki, gələcəkdə hər iki universitet birgə kənd təsərrüfatı sahəsində mütəxəssislərin hazırlanması üçün layihələr həyata keçirə bilər.
Litvanın Vytautas Magnus Universitetinin rektoru Prof. Dr. Juozas Augutis qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.