Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Nəsibə Əmirbəyova, Ramin Əkbərov, Rəna Cəbrayılova, Tükəzban İsmayılova və Nigar Əbilova “Creative Spark” layihəsinin sonuncu il üzrə "Təhsildə biznes bacarıqlarının və innovasiyanın inkişaf etdirilməsi" təlimində iştirak ediblər. 

     

Təlim ADA Universiteti və Kent Universitetinin birgə əməkdaşlığı əsasında ADA Universitetində keçirilib. 3 gün davam edən təlimdə iştirakçılara sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi ilə bağlı bir sıra metodlar öyrədilib. Təlimçilərdən biri Kent Universitetinin ASPİRE Mərkəzinin direktoru Rebecca Smith sahibkarlıq sahəsində aparılan işlərin effektivliyi və bu sahədəki şəxsi təcrübələri barədə məlumat verib. 
     

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.