225 və 176 nömrəli tam orta məktəblərin şagirdləri Yasamaldakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzin “Muzey” və "Kitabxana-informasiya" bölməsi ilə tanış olublar.
Sonra Mərkəzin bələdçiləri şagirdlərə ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, danılmaz xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında söz açıblar.
Sonda şagirdlər 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin göstərdikləri qəhrəmanlıq və sücaəti əks etdirən “Görünməyən qəhrəmanlar” adlı sənədli filmə baxıblar.
Sifai SƏFƏROVA