Bakı İdarəetmə və Texnologiya Kollecində yeni dərs ili ilə əlaqədar ilk və genişləndirilmiş pedaqoji şura iclası keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı ötən tədris ilinin yekunu, kollecdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, tələbələrin yaxşı oxumaları və müəllimlərin yaxşı işləmələri üçün tədris ocağında bütün otaqlar tam təmir olunub. Bir sözlə, pedaqoji kollektivə rahat iş şəraiti yaradılıb.
Tədbirdə təhsil ekspertlərindən Etibar Əliyev, Nadir İsrafilov və başqaları pedaqoji şura iclasında iştirak etmələrindən məmnun olduqlarını bildirib və kollecin son vaxtlarda qazandıqları uğurlarından söz açıblar.
Sonda 70 yaşı tamam olub, pensiyaya çıxan kollecin 2 müəlliminə və pedaqoji fəaliyyətində fərqlənən bir qrup müəllimə fəxri fərmanlar təqdim olunub.
Şakir CƏFƏROV