Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klass keçirilib.
ADNSU-nun Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova Müsahibə texnikaları və CV hazırlanması qaydaları, karyera planlanması haqqında tələbələrə geniş məlumat verib.
Sonra mərkəzin layihə rəhbəri Xəyal Səmədxan “İş dünyasında mütləq bilməli olduğumuz proqramlar” mövzusunda maraqlı faktlarla çıxış edib. O, zamanla ayaqlaşmanın gərəkli olmasını qeyd edərək, müasir texnologiyalardan yüksək istifadəetmə bacarığının önəmindən danışıb. Uğurlu karyera qazanmaq üçün elmi nailiyyətlərin, savadlı mütəxəssis kimi yetişməyin vacibliyini vurğulayan qonaqlar sonda tələbələrin suallarını cavablandırıblar.