1932-ci ildə yaradılan Xalq Təhsil Muzeyi təhsilə bağlı bütün ziyalı təbəqələrin daimi ziyarət məkanıdır. Onlar burada Azərbaycanın tanınmış elm və təhsil fədailəri haqqında ətraflı məlumatlar əldə edirlər. Muzeydə nümayiş olunan fotoşəkillər, müxtəlif məzmunlu eksponatlar, təhsil ocaqları haqqında sənəd və materiallar, eləcə də qabaqcıl maarif və elm xadimlərinin tərcümeyi- halları ziyarətçilər üçün gərəkli mənbə hesab olunur.
Bu günlərdə Azərbaycan Texniki Universitetinin bir qrup tələbə, müəllim və əməkdaşları da muzeyi ziyarət ediblər. Muzeydəki zəngin materiallarla bilgilərini artıran universitetin əməkdaş və tələbələri ulu öndər Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin milli təhsilimizin inkişafı istiqamətində atdıqları mühüm addımları, imzaladıqları sərəncamları əks etdirən stendlərlə də yaxından tanış olublar.
Tələbələri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Sifai SƏFƏROVA