Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib. Seminarlarda təhsil, iqtisadiyyat və idarəetmə fakütlələrinin bir qrup akademik heyət üzvü iştirak edib.

 

Təqdimatla çıxış edən şöbənin müdiri, dosent Vüqar Mustafayev elmi fəaliyyətdəki məhsuldarlığın ölçülməsi alətlərindən biri olan hirş indeksinin (h-indeksi) nəşrlərin və onlara edilən istinadların sayını, elmi tədqiqat istiqamətlərinin müxtəlifliyini özündə cəmləşdirdiyini diqqətə çatdırıb, indeksin hesablanması qaydaları və tətbiqi barədə ətraflı məlumat verib.

 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdim edilən suallar cavablandırılıb.