Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin işçi qrupu “Mədəniyyət kodu - Şuşa”adlı lonqrid layihəsini uğurla icra edir.
İctimai Birlikdən bildirilib ki, Azərbaycan mediası üçün tam yeni olan bu layihə ciddi araşdırmalar, arxiv foto və video sənədlər, müsahibələr əsasında hazırlanır.
Fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərinə müvafiq zənginləşdirilir. Üç növ infoqrafika hazırlanır, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhələlləri və işğaldan azad olunmuş ərazilərdəki Alban məbədlərinin interaktiv xəritələridir.
Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Avropa auditoriyasına çatdırmaqdır.
Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən Avropada təqdim ediləcək ilk lonqrid olacaq.
Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə təlqin etməkdir.