İtaliyanın Naba Akademiyasının Tədqiqat İnstitutunun direktoru Elisa Poli Azərbaycan Memarlıq və İnşaat Univarsitetində (AzMİU) olub. Qonaqla memarlıq fakültəsində görüş keçirilib. 

   

Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev, memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, fakültənin müəllimləri, eləcə də universitetin əməkdaşları iştirak ediblər. 
   

Qonağı salamlayan prorektor AzMİU haqqında geniş məlumat verib, İtaliyanın ölkəmizdəki səfirliyi və İtaliya universitetlərilə AzMİU-nun əlaqələrindən danışıb. Professor N.Abdullayeva qeyd edib ki, bu günə kimi birgə  bir çox layihə icra edilib və əməkdaşlığın bariz nümunəsi kimi AzMİU-da İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyət göstərir. 
     

Elisa Poli Naba Akademiyası haqqında ətraflı məlumat verib, həmçinin  AzMİU-da memarlıq və dizayn istiqamətində həyata keçirilən tədris proqramları, tədris dilləri və memarlıq fakültəsinin əldə etdiyi RİBA akkreditasiyasını yüksək qiymətləndirib. Bildirib ki, Naba Akademiyası AzMİU ilə əməkdaşlıqda maraqlıdır.
   

Görüşdə əlaqələrin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının araşdırılması qərara alınıb.  
   

Sonra Elisa Poli memarlıq fakültəsinin tədris auditoriyaları, dərs prosesi, İtaliya-Azərbaycan Dizayn Mərkəzi və sərgi salonu ilə tanış olub.