Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Aysu Zamanova və Ləman Əlipaşayeva bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (Future Female Talent Scholarsip) proqramına qəbul olunublar. Onlar bu proqramın birdəfəlik təqaüdünü qazanıblar.

 

BANM-dən bildirilib ki, təqaüdün verilməsində məqsəd qadınların gələcək təhsil və əlavə fəaliyyətlərinə yatırım etməkdir.

 

Layihə müddətində BANM tələbələri bp-nin müəssisələrində olub, peşəkar mühəndislərlə görüşüblər.

 

Qeyd edək ki, beynəlxalq proqram Amerika, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir.