Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən Prezident təqaüdçülərinin sayı son 4 ildə 18 dəfə artıb.

 

Təhsil müəssisəsindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, 2014-2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı 1 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu göstərici 18 tələbəyə yüksəlib.

 

Başqa sözlə, II-ci ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75%-i məhz UNEC-ə üstünlük verib.

 

Məlumat üçün bildirək ki, UNEC-ə qəbul olan I kurs tələbələrinin sayı ölkə üzrə I kurs tələbələrinin təqribən 8%-ni təşkil etdiyi halda, ölkə üzrə Prezident təqaüdçülərinin demək olar ki, 18%-i UNEC-in payına düşüb.

 

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında Prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.