Oktyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev Koreya Respublikasının INHA Universitetinin yeni təyin edilmiş rektoru Cho Myeong Woo ilə görüşüb.
Görüş zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə INHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının uğurlu icra edildiyi vurğulanıb və Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə INHA Universiteti arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, hazırda sözügedən proqram çərçivəsində 276 tələbə təhsilini davam etdirir.