Oktyabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən imkanların artırılması proqramı çərçivəsində Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiya Baş katibləri və nümayəndələri ilə görüşüb.
Görüşdə UNESCO və Afrika ölkələri ilə təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunmuş, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ölkəmizin fəaliyyəti, təhsil sahəsində ölkəmizin uğurlu təcrübəsi, o cümlədən təhsilin bütün pillələri üzrə əlçatanlığın və keyfiyyətin təmin olunması istiqamətində həyata keçirilmiş fəaliyyətlərə dair ölkəmizdə səfərdə olan Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiya Baş katibləri və nümayəndələrinə məlumat verilib.