Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2022/2023-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor tədrisin bütün səviyyələrində keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər barədə tələbələrə məlumat verib. Həmçinin tədris prosesinin gedişi ilə maraqlanıb və tələbələrin suallarını cavablandırıb.

 

Görüşün sonunda tələbələrə AzTU-nun hədiyyələri və “Bestcomp Group” şirkəti adından noutbuklar təqdim olunub.

 

Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə magistratura səviyyəsinə keçirilən qəbul imtahanında AzTU-ya ən yüksək balla Ülviyyə Hüseynova qəbul  olub. O, 95 bal toplayaraq İnformasiya texnologiyaları və sistemlər mühəndisliyi ixtisasını seçib. Bakalavriat səviyyəsində isə Rəvan Əlizadə (643,7 bal), Əyyub Məmmədov (628,5 bal), Ülviyyə Məmmədova (619,6 bal) və Tahirə Rəşid (603,8 bal) yüksək nəticə göstərərək AzTU ilə Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası (tədris ingilis dilində) üzrə ikili diplom proqramına qəbul olunublar.