Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

 

Şöbənin müdiri, dosent Vüqar Mustafayev seminarda məruzə ilə çıxış edib. Hirş indeksinin (h-indeksi) elmi fəaliyyətin məhsuldarlığını ölçən alətlərdən olduğunu diqqətə çatdıran V.Mustafayev bu göstəricinin nəşrlərin və onlara edilən istinadların sayını, elmi tədqiqat istiqamətlərinin müxtəlifliyini özündə cəmləşdirdiyini bildirib. Məruzəçi h-indeksinin hesablanması, verilənlər bazasından düzgün istifadə qaydaları, indeksin tətbiqi və onun çatışmazlıqları, dəyişikliklər və alternativ indekslərin işlənilməsi barədə məlumat verib.

 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdim edilən suallar cavablandırılıb.