2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında  başlanmış 44 günlük Vətən müharibəsi XXI əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımızın və müstəqil dövlətimizin qürur mənbəyi kimi özünü təsdiq edən möhtəşəm Zəfərimiz əsrlərin və minilliklərin ağır sınaqlarından keçərək formalaşan etnik kimliyimizin və milli mentalitetimizin ümumbəşəri dəyərlərdən qurulan obrazını bütün dünyaya nümayiş etdirdi. Beləliklə, iki il bundan əvvəl sentyabr ayının 27-də dünya ictimaiyyəti torpaq uğrunda son damla qanına qədər vuruşmağa hazır olan, vətənin varlığı və bütövlüyü naminə heç nəyini əsirgəməyən qəhrəman bir xalqın başladığı möhtəşəm ədalət mücadiləsinin canlı şahidi oldu. Hər növbəti gün qazanılan və şəxsən Ali Baş Komandan tərəfindən təntənə ilə elan edilən hər yeni qələbə müjdəsi Azərbaycan xalqının “Qalib” və “Müzəffər” imicini formalaşdırdı, onun öz əli ilə yaratdığı əsrarəngiz qəhrəmanlıq abidəsinə yeni kərpiclər qoydu. Bu zaman dərin iqtisadi problemlər və pandemiya məngənəsində sıxılan dünya ədalətsizliyə qəti şəkildə “yox” demiş fədakar bir xalqın cəmi 44 gün davam edən haqq mücadiləsini bəzən heyranlıqla, bəzən heyrətlə, bəzən də rəğbət qarışıq qibtə ilə seyr edirdi.

 

2020-ci ilin bazar gününə açılan 27 sentyabr səhəri müasir tariximizin dönüş nöqtəsi oldu və milli qürurumuzu, 30 il tapdalanan haqqımızı və şərəfimizi özümüzə qaytardı. Bununla da onilliklər ərzində siyasi şüurumuzda dərin kök salan və milli ruhumuzu təhqir edən bütün stereotiplər qətiyyətlə sındırıldı. Artıq Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünü təmin etməsi danılmaz tarixi faktdır. Digər ərazilərə də Azərbaycanın mütləq şəkildə nəzarət edəcəyi isə zaman məsələsidir. Çünki bu tarixi və hərbi-siyasi ssenaridə başqa final görünmür. Bununla belə, mövcud situasiyanın görünməyən və son dərəcə çətin sezilən səhnələri də var. Bu gizli səhnələrdə nəyin bahasına olursa-olsun öz maraqlarını təmin etməyə can atan həm xırda, həm də iriçaplı hərbi-siyasi qüvvələr mövcuddur. Bununla bağlı belə bir sual ortaya çıxır: nə üçün görünən və görünməyən bəzi siyasi qüvvələr müharibənin və münaqişənin bitməsini istəmir, nə üçün haqsız olan və haqlı olaraq yenilmiş tərəf öz məğlubiyyətilə barışa bilmir, qisasçılıq və revanşizm haqqında düşünür. Bəli, bu gün Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq, Cənubi Qafqazda məhz belə bir təhlükəli əhval-ruhiyyə hökm sürür.

 

Xalqımız haqq savaşında Möhtəşəm Qələbə qazandıqdan sonra regionda geosiyasi və hərbi-siyasi vəziyyət kəskin şəkildə dəyişib. Azərbaycan öz şərtlərini israrla diqtə edir. Haqqı və hüququ naminə hər hansı güzəştə getmir və geri addım atmır.

 

Bu gün Cənubi Qafqazda yeni münaqişə təhlükəsi yaratmağa cəhd edən qüvvələr bilməlidirlər ki, qələbənin dadını hiss etmiş Müzəffər Azərbaycan Əsgəri, Azərbaycan xalqı və İlham Əliyevin timsalında Azərbaycan lideri istər sülh, istərsə də müharibə yolu ilə bütün problemləri həll etməyə qadirdir.

 

2020-ci il sentyabr ayının 27-də düşmənə qarşı haqq mücadiləsinə start verən ordumuzun qazandığı  Böyük Qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızı həm də öz tarixi irsinə qovuşdurdu. Azərbaycan xalqının çoxəsrlik tarixi Azıxdan, Tağlardan, Köndələnçay, Quruaçyay və Xocalı mədəniyyətlərindən başlayır. Lakin 30 il idi ki, tariximizin və sivilizasiyamızın beşiyi sayılan bu ərazilər əsir düşmüşdü. Xalq, ordu və lider birliyi sübut etdi ki, Cənubu Qafqazda əsas söz sahibi kimdir və müqəddəs Qarabağ torpaqları kimə məxsusdur.

 

Bu gün Prezident İlham Əliyevin xalqın Müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütəmadi səfərlər etməsi, möhtəşəm infrastruktur layihələrinin təməlini qoyması, uca bayrağımızı bütün ellərdə təntənə ilə qaldırması qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən möhtəşəm hadisə, vətənimizin öz bütövlüyünə qovuşması aktının parlaq təzahürüdür. Müzəffər Ali Baş Komandanın bu səfərləri həm düşmənə, həm də bütün dünyaya bu yurdun kimə məxsus olması haqqında qətiyyətli bir mesajdır. Prezidentin təqdim etdiyi hər bir tədbir, dediyi hər bir söz, etdiyi hər bir çağırış ədalətə əsaslanan yeni dünya nizamının yaradılmasına möhtəşəm töhfədir. Onun timsalında çağdaş bəşəriyyət ədalətin necə qalib gəlməsinin şahidi olur. Bu gün artıq dünya xəritəsində planetin bütün güc mərkəzlərinin hesablaşdığı, yüksək döyüş qabiliyyəti olan, ən müasir silahlarla təchiz olunan ordunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında Müzəffər liderin möhkəm siyasi iradəsi ilə zəmanət altına alınmış, ərazi bütövlüyü və dövlət təhlükəsizliyi təmin olunmuş bir Azərbaycan var. Bu məmləkət Vətən naminə şirin canlarından keçmiş minlərlə şəhidin qanı bahasına müstəqildir, bütövdür və güclüdür.

 

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək düşmənin Qarabağla bağlı çoxəsrlik çirkin iddialarına tarixi bir nöqtə qoydu. Beləliklə, “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycan milli istiqlalının canlı simvoluna, xalqın ictimai-siyasi aktivliyinin ideoloji loqotipinə çevrildi. Tarixi yaddaşı qəhrəmanlıq dastanları ilə toxunmuş, igidlik və şərəf kodeksini üstün tutan bir xalq tarixinin beşiyi sayılan Qarabağı yurdsuz və imansız bir qəbiləyə, qorxaq və şərəfsiz bir düşmənə vermədi. İndi artıq milli tariximizi öyrənən gənc nəsil Qarabağı misilsiz abidələri və əsrarəngiz təbiəti ilə birlikdə xəritələrdə və təsvirlərdə deyil, canlı şəkildə görür, qədim bir mədəniyyətin qanuni xələfi olmasından, təmsil etdiyi qəhrəman xalqın möhtəşəm tarixi əməllərindən sonsuz qürur duyur.

 

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsinin Böyük Zəfərlə başa çatmasını şərtləndirən çoxlu sayda mühüm amillər var: xalqı yumruq kimi birləşdirməyə qadir olan uzaqgörən, müdrik və cəsur lider, xalqın milli ruhunun misli görünməmiş yüksək səviyyəyə çatması və istiqlal ideallarına sarsılmaz sədaqəti, “Ya Qarabağ ya ölüm” çağırışının reallıqda mənəvi tələbata çevrilməsi, ən müasir üslubda hibrid müharibənin tələblərinə tam cavab verən, ən yeni silahlarla və texnologiyalarla təchiz olunan yüksək döyüş qabiliyyətli milli ordu, bu orduya komandanlıq edən savadlı generallar, xüsusi təlim keçmiş hərbi qüvvələr, ağıllı və istedadlı səhra komandirləri, qardaş Türkiyənin, Pakistanın və İsrailin ideoloji, psixoloji, diplomatik və siyasi dəstəyi, nəhayət, şəhidliyə hazır olan Azərbaycan əsgərinin timsalında milli insan faktoru. Bütün bu amillərdən başqa, daha bir sanballı və yenilməz amil var: tarixi zərurəti mütləq şəkildə bəşəri ədalətə çevirən, Böyük Yaradanın diqtəsi altında baş verən, yalanın, zorakılığın, şərin, insanlığa qarşı cinayətin, bir sözlə, bütün pisliklərin və mürtəce ünsürlərin üzərindən qalın və qara bir xətt çəkən, bununla da qoca dünyanın sarsılmaz sütunlarını təşkil edən insani həqiqət.

 

Bu gün regionda baş verən proseslər və erməni genotipinin heç bir çərçivəyə sığışmayan çirkin xisləti onu deməyə imkan verir ki, şərdən, iftiradan, oğurluqdan və qorxaqlıqdan yoğrulmuş bu zay materiya paranoik gerizəkalılığı ilə tarixdən hər hansı dərs çıxarmaq iqtidarında deyil. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusundan aldıqları ölümcül zərbələrdən sonra düşdükləri situasiyanı, hətta bu situasiyada belə onların həyasız mövqeyini, sərsəm düşüncələrini, təxribatçı davranışlarını müşahidə və təhlil edən zaman görünür ki, Qafqazın kişilik, dürüstlük və birgəyaşayış kodeksinə heç cür uyuşmayan ermənilər ictimai tərəqqini ləngidən destabilizator rolunu oynamaqdan əl çəkmək istəmirlər. Dövlət başçısından tutmuş sıravi vətəndaşa qədər erməni mentalitetinin ciddi qüsurları olan təbiətinə nəzər salanda belə məlum olur ki, avantürizm, saxtakarlıq, aravuruculuq, şovinizm və faşizm bu toplumun həyat tərzidir , sağ qalmaq üçün onların başqa bir ideyaya sahib olmaq kimi bir tarixi iradəsi yoxdur.

 

27 sentyabr 30 il davam etmiş təcavüzə son qoymaqla yanaşı, müasir dünyada hökm sürən siyasi fikrin məzmununda da ciddi dəyişikliklər, regional və planetar geosiyasətin son 30 il ərzində formalaşmış konturlarında  müvafiq korrektivlər etdi. Xalqımızın qürur mənbəyi sayılan Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatmasından sonrakı postmünaqişə dövründə regionda və dünyada baş verən hərbi-siyasi dəyişikliklərin xronikasına nəzər salsaq, biz orada hərbi-siyasi, etnik-mədəni, psixoloji, ideoloji və diplomatik müstəvilərdə durmadan Azərbaycanın xeyirinə dəyişən, onun həm regionda, həm də dünya miqyasında siyasi nüfuzunu təsdiq edən qürurverici bir mənzərə görərik.

 

Sentyabrın 27-də başladığımız azadlıq mücadiləmiz şişirdilmiş erməni mifini darmadağın etdi. Üzdəniraq “Böyük Ermənistan” xülyası ilə yaşayan, fərari Tiqranla, şərəfsiz Anaitlə və körpə qatili Zori Balayanla öyünən, başkəsən Melkonyana və faşist Njdeyə abidələr ucaldan, Xocalıda silahsız insanlara isgəncə verməkdən, Azərbaycan şəhərlərini və kəndlərini vandalizm üslubunda xarabazarlığa çevirməkdən sadistcəsinə zövq alan, “Ohanyan xətti”ni az qala Çin səddi qədər keçilməz elan edən xəstə təxəyyülü bir toplumun saxta mahiyyətini bütün dünyaya bəyan etdi.

 

Bu gün biz gülüzlü şəhidlərimizin və qazilərimizin şücaəti və müqəddəs qanları bahasına 30 il arzuladığımız şərəfli bir məqama çatmışıq və qazandığımız şöhrətin zirvəsindəyik. Bu mövqedən çağdaş dünyaya baxanda belə bir qəhrəman xalqın və xoşbəxt yurdun mənsubları olmağımızdan sonsuz qürur duyuruq. Möhtəşəm qələbəmizin hər zərrəsində əməllərilə müqəddəslik məqamına yetişən və əbədiyyətə qovuşan şəhidlərimizin, doğma torpağımızın bütövlüyü naminə şağlamlığını itirən qazi igidlərimizin qalibiyyət möhürü var. Dünya durduqca həm indiki, həm də gələcək nəsillər bu qəhrəmanlara və onları dünyaya gətirən, böyüdüb başa çatdıran insanlara minnətdar olacaqlar.

 

Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin ruhları, əbədi yaşayacaq əməlləri, onların valideynləri və əzizləri qarşısında baş əyirik. “Başın sağ olsun Vətən, məkanınız cənnət olsun Şəhidlər!, -  deyirik.

 

İlham Məmmədov,

Minəçevir Dövlət Universitetinin baş müəllimi