...Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsini əbədiləşdrən film-tamaşanın adı da, bax, beləcə qürurvericiydi. “Qələbədir adın” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində təqdim olunan bu tamaşanın libretta müəllifi Kəmalə Ağayeva, bəstəkarı Pikə Axundova, solisti isə İlham Nəzərov idi. Tamaşada xalqımızın əbədi torpaqlarına möhtəşəm qayıdışı, erməni vandalizmi, işğaldan azad olunan ərazilərimizin işğaldan əvvəlki və işğaldan sonrakı görüntüləri ustalıqla təqdim olunurdu. Bu görüntülər, heç şübhəsiz şəhid analarımızı, qazilərimizi və digər iştirakçıları təsirləndirməyə bilmirdi.
Əsərdə bir neçə obrazı məharətlə ifa edən İlham Novruzovdan savayı, Əməkdar artistlər- Yaqut Paşazadə (Ana obrazı), Viktoriya Şahmuradova (Xarıbülbül) və Mədəniyyət və İncəsənət Universitetinin Teatr şöbəsinin III kurs tələbəsi Əli Əsədov (Oğul), eləcə də G. Şaroyev adına 35 nömrəli məktəbin birinci sinif şagirdi Səid Nəzərli də müxtəlif rolları canlandırırdılar.
Sifai SƏFƏROVA