27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib.

 

Görüş zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan tələbə və məzunlar yad edilib, onlarla bağlı xatirələrdən danışılıb. AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müharibələrdə ön sıralarda xidmət edib. Rektor deyib ki, AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

 

Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.