Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının   təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “ÇƏTİR” proqramı çərçivəsində 27 Sentyabr - Anım Günü münasibəti ilə Bakı Gənclər Mərkəzinin Kino zalında “Dolu” filmi nümayiş olunub.

 

Nümayişdən əvvəl Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi və 12-13 sentyabr şəhidlərinin əziz xatirələri yad edilib.

 

Filmin nümayişindən sonra tələbələr filmlə bağlı müzakirələr aparıb, vətənpərvərlik ruhunun tərbiyə olunmasında incəsənətin mühüm rolunu qeyd ediblər.

 

Bildirilib ki, bu gün artıq Azərbaycan torpaqları işğaldan azad edilib və tələbə-gənclərin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında, Azərbaycan həqiqətlərinin dünyada təbliği işində üzərlərinə böyük missiya düşür.