Bakı Şəhəri üzrə Təhsil İdarəsi VII Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
VII Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən şəxsi məlumatlarını (CV) 26 sentyabr - 5 oktyabr 2022-ci il tarixlərində konullu@baku.edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.