Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavljevic Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) olub.

 

Serbiya diplomatını qəbul edən GDU-nun rektoru Yusif Yusibov qonağa universitetin maddi-texniki bazası, müəllim və tələbə kontingenti haqqında ətraflı məlumat verib.

 

Sonra səfir Draqan Vladisavljevic iki dost ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışıb, bu əməkdaşlığa təhsil sahəsinin də əlavə olunmasının vacibliyini vurğulayıb. Xüsusilə təmsil etdiyi ölkədə qədim tarixə malik Novıy Sad Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olacağına ümid etdiyini bildirib.

 

Sonda diplomata xatirə hədiyyələri təqdim olunub.