Beynəlxalq Sülh Günü münasibətilə məktəbdənkənar təhsil müəssisələrində   silsilə tədbirlər davam edir. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Biz sülh istəyirik” adlı tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və  Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb.

 

Mərkəzin direktoru Günel Ağayevanın və digərlərinin çıxışlarında müharibənin insanlığa vurduğu mənəvi və fiziki zərbələrdən, bütün dünya uşaqlarının müharibəyə  “yox” deməsindən,  insanlıq naminə bütün  dünyada  sülhün, əmin-amanlığın bərqərar olunmasının vacibliyindən bəhs edilib.  Bildirilib ki, bütün dünya uşaqları sülh şəraitində yaşamaq istəyir.

 

Tədbirdə uşaqlara Azərbaycan ordusunun erməni faşistləri üzərində Şanlı Qələbəsi ilə  nəticələnən  44 günlük  Vətən müharibəsindən bəhs edilib.

 

Sonda sülh haqqında ədəbi nümunələr səsləndirilib. 

 

Sifai SƏFƏROVA