15-18 sentyabr 2022-ci il tarixlərində Çexiyanın Praqa şəhərində cüdo idman növü üzrə gənclər arasında Avropa çempionatı keçirilib.


Azərbaycan milli komandasının tərkibində yarışa qatılan 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş medal qazanıb.


Komanda yarışında 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Vüsal Qələndərzadə (73 kq), Kənan Nəsibov (+90 kq), qızlar arasında isə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səbinə Əliyeva (57 kq) bürünc medal qazanıblar.


5-16 sentyabr  2022-ci il tarixlərində Ruminiyanın Mamaya şəhərində 18 yaşlı qadın şahmatçılar arasında Dünya çempionatı keçirilib. 


Milli komandanın tərkibində yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ayan Allahverdiyeva Dünya çempionatının gümüş medalını qazanıb. 


14-18 sentyabr 2022-ci il tarixlərində isə Serbiyanın Novi Sad şəhərində sambo idman növü üzrə gənclər arasında Avropa çempionatı keçirilib.


Azərbaycan milli komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medal qazanıb.


14-18 sentyabr 2022-ci il tarixlərində Serbiyanın Subotitsa şəhərində boks idman növü üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.


Azərbaycan milli komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Kənan Babayev (48 kq) və Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səbuhi Əlizadə (+97 kq) gümüş, 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Daniel Xolestenko (71 kq) bürünc medal qazanıb.