Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov 2022/2023-cü tədris ilinə hazırlıqla bağlı iclas keçirib. İclasda dekanlar, kafedra müdirləri, mərkəz və şöbə rəhbərləri iştirak ediblər.
Y.Ömərov iclas iştirakçılarını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edib, bu il universitetin bakalavr qəbulunda rekord göstərici əldə etməsini vurğulayaraq bu kimi uğurların yeni tədris ilinə ikiqat məsuliyyətlə hazırlıq tələb etdiyini bildirib.
İclas zamanı dərslərin tam ənənəvi qaydada keçirilməsi, fakültələr üzrə yeni qəbul olan tələbələrlə tanışlıq görüşlərinin təşkili, dərs yüklərinin vəziyyəti, texniki məsələlər, davamiyyət tələbi, tədrisin keyfiyyətinin artırılması, dərəcəli müəllimlərin cəlb edilməsi, magistrların dərs saatları, aparıcı müəssisələrlə əməkdaşlığın perspektivləri kimi bir sıra məsələlər müzakirə edilib.