Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunan “Gimnastika hamı üçün” adlı festival keçirilib. Bakı şəhərində keçirilən festivalda naxçıvanlı gimnastlar da öz məharətlərini nümayiş etdiriblər.
Naxçıvan Atletika Federasiyasından festivala qatılan 7 azyaşlı gimnast - Lalə Abdullayeva, Təranə Əlizadə, Mədinə Novruzlu, İlay Sangur, Damla İsgəndərli, Səma Babayeva və Nilufər Kərimli müxtəlif yaş kateqoriyası üzrə birinci yerə layiq görülüb. Naxçıvanlı gimnastlar öz kompozisiyalarını “O Naxçıvandır” mahnısının sədaları altında təqdim ediblər.
Naxçıvan Atletika Federasiyasının məşqçisi Humay Qafarova isə “Ay işığı” komandasının heyətində böyüklər arasında qalib adını qazanıb.
Sonda Azərbaycan Gimnastika Federasiyası tərəfindən 23 komanda iştirakçısına (7-si qızıl, 8-i gümüş, 8-i isə bürünc medal və diplomlar) medallar təqdim olunub.
Sifai SƏFƏROVA