Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru, professor Oktay Məmmədbəyovla görüşüb.
ADNSU-da görülən işlərdən, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin startap layihələrindən və qarşıda duran məsələlərdən danışan rektor birgə əməkdaşlığın əhəmiyyətinə də toxunub.
Görüşdə ADNSU-da neft-mədən, eləcə də geologiya və qazma sahəsində mütəxəssis hazırlanamsının, həmçinin bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradılmasının vacibliyi müzakirə olunub.