5-9 sentyabr 2022-ci il tarixləri arasında “Təhsil, Elmi Tədqiqat və İnnovasiyada Federativ Rəqəmsal İnfrastrukturlar” mövzusunda Yay məktəbi təşkil olunacaq.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, tədbir Qara Dəniz Universitetləri Şəbəkəsi (QDUŞ) tərəfindən EGI Fondu ilə birgə təşkil olunur. Tədbirə Buxarestin Politexnik Universiteti ev sahibliyi edəcək. Bu Yay Məktəbi Qara Dəniz Universitetləri Şəbəkəsi və Avropa GRID İnfrastruktur Fondu (EGl) arasında Anlaşma memorandumu çərçivəsində təşkil olunan silsilə tədbirlərin birincisidir.
Yay məktəbi QDUŞ üzvü olan universitetlərin magistr və doktorantları, həmçinin EGI və EOSC tərəfindən göstərilən xidmətlər, resurslarla maraqlanan universitet və tədqiqat institutları üçün nəzərdə tutulub.
Yay məktəbinin məqsədi Rəqəmsal İnfrastruktur Federasiyasına giriş kursları verməkdir. Məktəbdə UNEC-in magistr və doktorantları da iştirak edə bilərlər.
“Təhsil, Elmi Tədqiqat və İnnovasiyada Federativ Rəqəmsal İnfrastrukturlar” üzrə Yay Məktəbi ilə maraqlananlar aşağıdakı linkdə müvafiq ərizə formasını onlayn doldurmalıdırlar.