Vətən müharibəsində şəhid olan Mingəçevir şəhidi Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi adını qazanıb.

 

Kompüter mühəndisliyi ixtisasına qəbul olan Y.Əhmədova təbrik və təşəkkürünü bildirmək üçün MDU-nun rektoru Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib:

 

“Vətən müharibəsində Şəhid olan Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetinin (MDU) Kompüter mühəndisliyi ixtisasına qəbul olub. ŞƏHİD qardaşımıza Allahdan rəhmət diləyirəm! Yelmarı və onun doğmalarını ürəkdən təbrik edir, seçiminə görə təşəkkür edirəm!

 

Əziz Yelmar! MDU ailəsinə xoş gəldin!”

 

Qeyd edək ki, şəhid Yasən Əhmədovun böyük övladı Yunis Əhmədov da MDU-da Maliyyə ixtisasında təhsil alır.