Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” layihəsinin icrasına başlayıb. Layihə 2 ay olmaqla, Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

 

Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə kömək etmək, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə yardımçı olmaq, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.

 

Bu barədə “Gəncliyə Dəstək” İctimai Birliyindən bildirilib.