24-28 avqust 2022-ci il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Dünya çempionatı keçirilib.


Çempionatda Azərbaycan milli komandası 9 nəfər idmançı ilə təmsil olunub.


Azərbaycan milli komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (55 kq) gümüş, 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nizami İmranov (60 kq) bürünc medal qazanıb.


Qeyd edək ki, komanda yarışında Azərbaycan milli komandası 8 nəfər idmançı ilə təmsil olunub ki, onlardan dörd nəfər 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Fidan Əlizadə (-63 kq), Nizami İmranov (-60 kq), Əli Hacızadə (-60 kq), Ramazan Əhmədov (+81 kq) və bir nəfər 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (-60 kq) olmuşdur.


Qalib idmançıları təbrik edir, onlara yeni uğurlar diləyirik.