“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə Təlim Planı”na əsasən, nazirliyin və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə keçirilən ixtisasartırma kursları başa çatıb.

İxtisasartırma kurslarında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin 96 nəfər əməkdaşı iştirak edib.

 

Üç gün davam edən edən ixtisasartırma kurslarında nəzərdə tutulan bütün istiqamətlərdə ölkəmizdə və dünyada aqrar sahədə günümüzdə aktual olan problemlərin innovativ həllinə yönəlik mövzular seçilib və iştirakçıların bu istiqamətdə biliklərinin dərinləşdirilməsi üçün təlimlər keçirilib.

 

Kurslarda təlim iştirakçılarına nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin ötürülməsinə diqqət yetirilib. İxtisasartırma kursunda nəzərdə tutulan dərslər ADAU-nun rektoru, professor İbrahim Cəfərovun iştirakı ilə ali məktəbin yüksək potensiala malik professor-müəllim heyəti tərəfindən keçirilib və benefisiarları maraqlandıran suallar cavablandırılıb.


İxtisasartırma kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib.