Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün Cənubi Koreya Respublikasında keçirilən “Yay məktəbi” başa çatıb.

 

BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) çərçivəsində təşkil edilən (9-22 avqust) “Yay məktəbi”ndə ümumilikdə 155 nəfər tələbə iştirak edib.

 

“Yay məktəbi” proqramı üzrə tədbirlərə qatılan tələbələr, həmçinin proqram ixtisasları üzrə professorlarla görüşüb və İNHA Universitetinin laboratoriyaları ilə tanış olublar.

 

Bundan başqa, proqram tələbələri İNHA tərəfindən Seula təşkil edilmiş ekskursiyalarda iştirak ediblər.

 

İNHA “Yay məktəbi” dünyanın müxtəlif ölkələrinin müxtəlif tələbələri üçün hər il təşkil edilir və bu il ilk dəfə olaraq BMU-İNHA İDP tələbələri də həmin tələbələr sırasına qoşulublar.

 

Bu barədə BMU-dan bildirilib.