Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynova və icraçı direktor, dosent Ələmdar Məmmədov Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Dr. Abdul Qayyum və Dr. Allah Bakhşhi ilə görüşüblər.

 

Görüş zamanı akademik  İ.Hüseynova pakistanlı alimlərə MBBİ-nin yaranma tarixi, institutun elmi laboratoriyaları, onların tədqiqat istiqamətləri və burada aparılan elmi işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institut əməkdaşları ilə Pakistan alimlərinin əməkdaşlıq əlaqələri 20 ildən artıq tarixə malikdir. 

 

Sonra qonaqlar institutun laboratoriyaları, mövcud maddi-texniki bazası ilə yaxından tanış olunlar. Molekulyar metodlarla yeni stresədavamlı buğda genotiplərinin yaradılması məqsədilə birgə hazırlanmış layihənin  detalları da  müzakirə edilib. Eyni zamanda hər iki elmi mərkəz arasında elmi əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar biologiya, molekulyar biotexnologiya, populyasiya genomiksi və digər istiqamətlər üzrə birgə layihələrin,  yüksəkixtisaslı gənc kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.