Avqustun 24-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.