Neftçala rayonunda Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, Çin İctimai Elmlər Akademiyasının alimi, Çin Tərcümə və Tədqiqatlar Şəbəkəsinin aparıcı elmi məsləhətçisi, “Bir kəmər, bir yol” Gənc çinşünaslar Alyansının sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə gənclərin görüşü keçirilib.
“Qonağımız var” layihəsi çərçivəsində baş tutan bu görüşu Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi təşkil edib.
Görüşdə Aqşin Əliyev məktəb və tələbəlik illəri, Çindəki fəaliyyəti və təcrübələri, Çində Azərbaycan dilinin ixtisas kimi tədrisi, ümumiyyətlə xaricdə təhsil imkanları barədə gənclərə geniş məlumat verərək onlara öz məqsədləri uğrunda mübarizə aparmağı tövsiyə edib.
Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd həyatda uğur qazanan şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdan ibarət olub.
Sifai SƏFƏROVA